Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin artımı davam edir

Azərbaycanda əhalinin bank əmanətlərinin artımı davam edir
# 04 dekabr 2009 10:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu ilin oktyabr ayında 4,9 mln. manat və ya 0,2% artaraq noyabrın 1-nə 2 125,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 330,8 mln. manat və ya 18,4%, cari ilin əvvəlindən isə 220,5 mln. manat və ya 11,6% artıb.

Qeyd edək ki, bank sisteminin digər əsas göstəriciləri kimi əmanətlər üzrə dinamika da cari ilin ilk rübündə azalma, sonrakı iki rübdə isə artım nümayiş etdirib. Belə ki, cari ilin yanvar-mart ayları ərzində əhalnin əmanətləri 131 mln. manat və ya 6,9% azalıb, aprel-sentyabr ayları ərzində isə 346,6 mln. manat və ya 19,6% artıb və oktyabrda bu tendensiya davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR