Bank Of Baku

«Azərnəqliyyatbank» yanvarda «VİSA» kartlarının emissiyasına başlayır

«Azərnəqliyyatbank» yanvarda «VİSA» kartlarının emissiyasına başlayır
# 04 dekabr 2009 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin yanvar ayından etibarən «VİSA» beynəlxalq ödəniş sistemi üzrə xidmətlərə başlayacaq.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda sistemə qoşulma istiqamətində sertifikatlaşdırma işləri aparılır: «Bu proses təxminən bir ay vaxt aparacaq».

E.Məmmədovun sözlərinə görə, ilkin olaraq «VİSA» sistemi üzrə 3 min plastik kartın emissiyası planlaşdırılır. Kartların emissiyası ilə bağlı «MilliKart» Prosessinq Mərkəzinə müraciət ediləcək. «Hazırda bankın mövcud müştəri bazası lokal kartlarla təmin olunub. Bu kartların istifadə müddəti bir ildir və həmin müddət bitdikdən sonra kartlar hissə-hissə «VİSA» kartları ilə dəyişdiriləcək», - deyə bankın sədri vurğulayıb.

Qeyd edək ki, emissiya ediləcək kartların 95%-i debit, 5%-i isə kredit funksiyalı olacaq.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,127 mln. manat, depozit portfeli 30,952 mln. manat, kredit portfeli 17,904 mln. manat, bankın məcmu kapitalı 17,621 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,034 mln. manat təşkil edib. Bank indiyədək 16 min lokal kart emissiya edib. Hazırda bankın respublika üzrə 8 filialı, 11 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR