Bank Of Baku

Azərbaycan bankları xarici aktivləri artırıb

Azərbaycan bankları xarici aktivləri artırıb
# 04 dekabr 2009 11:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici aktivlərinin həcmi 2009-cu ilin noyabr ayının 1-nə 1 542,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 360,7 mln. manat və ya 23,4% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 2,5 mln. manat və ya 0,2%, oktyabrda isə 15,2 mln. manat və ya 1,3% artıb.

Qeyd edək ki, Azərbaycan bank sisteminin tarixi boyu bankların xarici maliyyə fəaliyyəti üzrə mənfi saldo müşahidə olunur. Belə ki, noyabrın 1-nə bankların xarici öhdəliklərinin həcmi 1 803,6 mln. manata bərabər olub. Beləliklə, Azərbaycanın kommersiya bankları hələ də kapital idxalçısı rolunda çıxış edir ki, bu da dolayı yolla bir neçə amili üzrə çıxarır. İlk növbədə bu, Azərbaycan bank sistemində yetərli həcmdə sərbəst vəsaitin olmadığını göstərir ki, bu da öz növbəsində Mərkəzi Bankın inflasiyaya qarşı tədbirləri çərçivəsində aparılan pul kütləsinin məhdudlaşdırması siyasətinin nəticəsidir.

Bundan əlavə, Azərbaycan bankları tərəfindən xarici öhdəliklərin fəal şəkildə cəlb edilməsi daxili və xarici maliyyə bazarlarındakı faiz dərəcələri arasında nəzərə çarpan fərqin olmasının nəticəsidir. Belə ki, ölkə daxilində banklararası kreditlər üzrə faiz dərəcələri illik 15-16% olduğu halda, xarici bazarlarda bu, 6-7%-ə bərabərdir. Nəticədə, banklar üçün xaricdən dövriyyə vəsaitləri cəlb etmək daha sərfəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR