Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar üzrə sıralanma göstərilir.
(mln. AZN)
|
Sığortaçılar | Sığorta haqları |
1 | Xalq Sığorta | 23,63 |
2 | Azərsığorta | 20,62 |
3 | Azalsığorta | 13,07 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 10,91 |
5 | Atəşgah | 10,58 |
6 | AzSığorta | 8,99 |
7 | Paşa Sığorta | 8,96 |
8 | Standard İnsurance | 6,53 |
9 | A-Group | 5,83 |
10 | MBASK | 5,80 |
11 | Azərbaycan Sənaye Sığorta | 3,23 |
12 | Bakı Sığorta | 3,21 |
13 | Qarant Sığorta | 2,62 |
14 | AtaSığorta | 2,38 |
15 | Başak-İnam | 2,02 |
16 | Rəvan Sığorta | 2,01 |
17 | AIG Caspian | 1,46 |
18 | Günay Anadolu | 1,38 |
19 | Era Trans | 1,15 |
20 | BE&G | 0,91 |
21 | Alfa Sığorta | 0,81 |
22 | Thames İnsurance Group | 0,63 |
23 | Fidan Sığorta | 0,50 |
24 | Azərqarant | 0,47 |
25 | Atəşgah Həyat Sığorta | 0,36 |
26 | Əmrah Sığorta | 0,20 |
27 | Qala Sığorta | 0,08 |
28 | Azİnvest Sığorta | 0,07 |
| Y E K U N | 138,41 |
Cədvəldən göründüyü kimi sığorta təşkilatları sırasında ən çox sığorta haqqı «Xalq Sığorta» şirkəti toplayıb. Belə ki, bu şirkətin cari ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 23,63 mln. manat olub ki, bu da məcmu daxilolmaların 17,07%-nə bərabərdir.
Həmçinin, ilk üçlüyə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (20,62 mln. manat və ya 14,89%) və «Azalsığorta» şirkəti (13,07 mln. manat və ya 9,44%) şirkətləri daxil olub.
Qeyd edək ki, ən az daxilolma «Azİnvest Sığorta»nın payına düşüb ki, bu da ümumi sığorta haqlarının 0,05%-nə bərabərdir.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.