Bank Of Baku

«DəmirBank» VISA-nın Fəxri Sertifikatına layiq görülüb

«DəmirBank» VISA-nın Fəxri Sertifikatına layiq görülüb
# 04 dekabr 2009 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankı (SKB) 50 000-ci plastik kartın buraxılması münasibəti ilə «VISA International» ödəniş sistemi tərəfindən Fəxri Sertifikata layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sertifikat «VISA International» ödəniş sistemi tərəfindən təşkil edilib və onun Azərbaycanda fəaliyyətinin 12 illiyinə həsr edilmiş təntənəli mərasimdə təqdim edilib.

«Fəxri Sertifikat ölkənin plastik kart bazarının fəal iştirakçısı olan «DəmirBank»ın fəaliyyətinin nəticələrini əks etdirir. «DəmirBank» artıq uzun müddətdir «VISA International» və «MasterCard International» sistemləri ilə əməkdaşlıq edir. Bank bu sistemlərin prinsipial üzvü və ekvayeridir», - deyə bankdan bildirilib.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «DəmirBank» SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 256,3 mln. manat, kredit portfelinin həcmi 187,8 mln. manat, müştəri depozitlərinin həcmi 90,6 mln. manat, məcmu kapitalı 45,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,4 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR