Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının ödənişləri üzrə sıralanması haqda məlumat verilir.
(mln. AZN)
|
Sığortaçılar |
Ödənişlər |
1 | Azərsığorta | 10,66 |
2 | MBASK | 4,39 |
3 | A-Group | 3,76 |
4 | Beynəlxalq Sığorta Şirkəti | 3,64 |
5 | Atəşgah | 3,50 |
6 | AzSığorta | 3,29 |
7 | Standard İnsurance | 3,23 |
8 | Paşa Sığorta | 1,56 |
9 | Bakı Sığorta | 1,25 |
10 | Xalq Sığorta | 1,03 |
11 | Rəvan Sığorta | 0,92 |
12 | Başak-İnam | 0,91 |
13 | AtaSığorta | 0,58 |
14 | AIG Caspian | 0,56 |
15 | Azərbaycan Sənaye Sığorta | 0,53 |
16 | Era Trans Sığorta | 0,49 |
17 | BE&G | 0,47 |
18 | Fidan Sığorta | 0,31 |
19 | Alfa Sığorta | 0,22 |
20 | Günay Anadolu | 0,16 |
21 | Qarant Sığorta | 0,16 |
22 | Thames İnsurance Group | 0,15 |
23 | Əmrah Sığorta | 0,12 |
24 | Azalsığorta | 0,12 |
25 | Azərqarant | 0,07 |
26 | Atəşgah Həyat Sığorta | 0,004 |
27 | Qala Sığorta | 0,003 |
28 | Azİnvest Sığorta | 0,00 |
| Ümumi | 42,09 |
Cədvəldən göründüyü kimi renkinqdə şirkətlər sırasında ödənişlərin həcminə görə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (10,66 mln. manat) tutur və bu şirkətin ümumi ödənişlərdə xüsusi çəkisi 25,33%-ə bərabər olub.
Ödənişlərə görə sonrakı yerləri isə MBASK (4,39 mln. manat və ya 10,4%) və «A-Group» (3,76 mln. manat və ya 8,93%) sığorta şirkətləri bölüşdürür.
Bu müddət ərzində ən az sığorta ödənişi «Qala Sığorta» şirkəti (0,003 mln. manat və ya 0,007%) həyata keçirib. Bir şirkətin isə («Azİnvest Sığorta») ümumiyyətlə risklər üzrə ödənişi olmayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.