Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsində müsbət saldo yaranıb

Azərbaycanda bank kassa dövriyyəsində müsbət saldo yaranıb
# 04 dekabr 2009 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank kassa dövriyyəsinin mədaxil hissəsi 2009-cu ilin yanvar-oktyabr ayları üzrə 15 121 925 000 manat, məxaric hissəsi isə 14 613 297 400 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, mədaxil üzrə illik azalma 5,4%, məxaric üzrə isə azalma 13,59% olub. Beləliklə, bank kassa dövriyyəsində azalma müşahidə olunub ki, bu da ümumilikdə iqtisadiyyatda baş verən proseslərin nəticəsidir.

Noyabrın 1-nə bankların əməliyyat kassasının qalığı mədaxil üzrə 163 696 800 manat, məxaric üzrə isə 167 017 100 manat təşkil edib. Beləliklə, cari ilin 10 ayında bank kassa dövriyyəsi üzrə müsbət saldo 508 627 600 manata, kassa qalıqları üzrə göstəricilər nəzərə alınmaqla, ehtiyat fonduna pul qoyuluşu 505 307 300 manata bərabər olub.

Kassa dövriyyəsinin mədaxil hissəsinin əsas mənbəyi (5 400 643 500 manat) xarici valyuta satışı (ümumi dövriyyənin 35,71%-i) hesabına formalaşıb. Bundan əlavə, mədaxilin əsas mənbələri sırasında qeyri-dövlət müəssisələri (2 507 616 600 manat, xüsusi çəki - 16,58%) və vətəndaşların əmanətləri hesabına (1 596 173 100 manat və ya 10,56%) daxilolmalar var. Xarici valyuta satışından daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% artıb, qeyri-dövlət müəssisələrindən daxilolmalar 22%, vətəndaşların əmanətləri hesabına daxilolmalar isə 20% azalıb.

Məxaricin əsas istiqamətləri arasında 3 945 278 400 manat və ya 27%-lik xüsusi çəkiyə malik olan qeyri-dövlət müəssisələrinə ödənişlər (əmək haqları istisna olmaqla) liderlik edir. Sonrakı yerləri vətəndaşların əmanətləri hesabından ödənişlər (1 584 864 500 manat və ya 10,85%) və xarici valyutanın alınmasına ödənişlər (1 559 819 300 manat və ya 10,67%) tutur. Son bir ildə qeyri-dövlət müəssisələrinə ödənişlər 31,2%, vətəndaşların əmanətləri hesabından ödənişlər 19%, xarici valyutanın alınmasına ödənişlər isə 17% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR