Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda inflyasiya noyabrda 0,33% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda inflyasiya noyabrda 0,33% olub
# 04 dekabr 2009 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması Proqramı» üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,33% artıb. Qeyd olunan dövrdə Bakıda qiymətlər 0,22%, regionlarda isə 0,44% artıb. Ay ərzində qeyri-ərzaq məhsullarında 0,01% ucuzlaşma, xidmətlərdə 0,06%, ərzaq məhsullarında isə 0,60% bahalaşma qeydə alınıb.

Noyabr ayında əmtəə qrupları üzrə ən çox bahalaşma ərzaq məhsulları üzrə nar (46,33%), göyərti (18,71%), üzüm (13,50%), qeyri-ərzaq məhsulları üzrə isə qızdırıcılar (5,59%) üzrə müşahidə olunub. Ən çox ucuzlaşma isə ərzaq məhsullarında toyuq yumurtası (16,19%), süfrə duzu (4,83%), qeyri-ərzaq məhsullarında isə linolium (4,52%) və sement üzrə (4,26%) baş verib.

Bu ilin 10 ayında qiymətlər üzrə aparılan statistik müşahidələr göstərib ki, bu dövrdə Azərbaycanda 0,37% deflyasiya baş verib. Bu dövrdə istehlak səbəti üzrə ən yüksək ucuzlaşma (3,28%) qeyri-ərzaq məhsullarında qeydə alınıb. Hesabat dövründə ərzaq məhsulları 2,64% ucuzlaşıb, xidmətlər isə 9,70% bahalaşıb.

Ötən ilin noyabrı ilə müqayisədə bu ilin noyabrında Azərbaycanda İQİ 1,40% azalıb. O cümlədən, ərzaq məhsullarında illik deflyasiya 5,03%, qeyri-ərzaq məhsullarında 3,43% təşkil edib. Xidmət sektorunda isə son bir ildə 9,84% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR