Bank Of Baku

«UniBank»ın fiziki şəxslər üzrə depozit portfeli son yarım il ərzində 25% artıb

«UniBank»ın fiziki şəxslər üzrə depozit portfeli son yarım il ərzində 25% artıb
# 04 dekabr 2009 15:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) fiziki şəxslərinin depozit portfeli son yarım il ərzində 25% artaraq bu ilin noyabr ayının sonuna 79 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyun-noyabr aylarında vətəndaşların banka yeni əmanət yatırımlarının həcmi 15 mln. manat təşkil edib ki, bu da ölkənin bank sahəsində əhali vəsaitlərinin cəlb olunması üzrə ən yüksək göstəricilərindən biridir. Bank yay-payız aylarında fiziki şəxslərlə bağladığı depozit sövdələşmələrinin sayını 21%-dən çox artırmağa müvəffəq olub. Ötən ilin həmin dövrü ilə müqayisədə bankda əhalinin əmanətlərinin artım sürəti 12 dəfə, bu artımın mütləq göstəricisi isə 10 dəfə çox artıb.

Xatırladaq ki, Bank tərəfindən seçilən depozit strategiyası çərçivəsində hazırda «Hər kəsə hədiyyə» depozit kampaniyası keçirilir. Bu kampaniyanın şərtlərinə görə, «Müddətli» depozitə vəsait yatıran hər bir müştəri əmanətlərinin hər min vahidinin 1%-i həcmində hədiyyə seçə bilər. Bu zaman hər bir «Müddətli» depozit əmanətçisi 1000 manata qədər məbləğdə hədiyyə qazanır.

«Müddətli» depozit əmanətçiləri öz vəsaitlərini aşağıdakı faiz dərəcələri üzrə sərfəli şəkildə yatıra bilərlər:

Depozitin müddəti

Hesablanan faizlər

Ayda bir dəfə

Rübdə bir dəfə

Yarım ildə bir dəfə

İldə bir dəfə

Depozit müddətinin sonunda

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

6 ay

12

12

6,5

12,3

12,3

6,8

-

-

-

-

-

-

12,6

12,6

7

12 ay

14

14

9

14,3

14,3

9,1

14,5

14,5

9,2

-

-

-

15

15

9,4

18 ay

14,5

14,5

9

14,6

14,6

9,1

14,8

14,8

9,2

-

-

-

16

16

9,6

24 ay

15

15

9

15,2

15,2

9,1

15,5

15,5

9,2

16

16

9,4

17

17

9,8



Qeyd edək ki, «Hər kəsə hədiyyə» kampaniyası 2010-cu ilin fevral ayının sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR