Bank Of Baku

Dekabrın 14-də «VTB Bank»ın (Azərbaycan) səhmlərinin yerləşdirilməsinə başlanacaq

Dekabrın 14-də «VTB Bank»ın (Azərbaycan) səhmlərinin yerləşdirilməsinə başlanacaq
# 04 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabrın 14-də Bakı Fond Birjasında (BFB) «VTB Bank» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 80 mln. ədəd, emissiyanın ümumi həcmi isə 16 mln. manat təşkil edir.

Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,6 dəfə artaraq 26 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Brokdi-Az» MMC çıxış edəcək.

Xatırladaq ki, 2007-ci ildə «VTB Bank» (Azərbaycan) «AF-Bank» Səhmdar Kommersiya Bankının nizamnamə kapitalında 51% iştirak payı alıb. Bu ilin fevralında bankın adı «VTB Bank» (Azərbaycan) ASC-yə çevrilib. VTB-nin (Rusiya «Vneştorqbank»ının törəmə qurumu) Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir. Hazırda bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR