Bank Of Baku

«Kapital Bank» yeni kampaniyaya başlayıb

«Kapital Bank» yeni kampaniyaya başlayıb
# 07 dekabr 2009 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı (SKB) «Bazar olsun» adlı kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kampaniya əmək haqlarını «Kapital Bank»ın plastik kartları vasitəsilə alan kart istifadəçiləri üçün nəzərdə tutulub. Bankın əmək haqqı kartları vasitəsilə kart sahibləri aksiyada iştirak etməklə müxtəlif qiymətli hədiyyələr udmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, kampaniya 2010-cu il may ayının 31-nə qədər davam edəcək. Kampaniya müddətində bankın əmək haqqı kartlarından istifadə edərək ticarət və xidmət müəssisələrindən alınan məhsul və xidmətlərin dəyərini POS-terminalda ödəməklə kart sahibləri aksiya iştirakçısına çevriləcək.

Xatırladaq ki, aksiyanın şərtlərinə görə, əmək haqqı kartı ilə POS-terminalda aparılan hər bir əməliyyatın məbləği 5 manatdan az olmamalıdır. Həmçinin gün ərzində eyni ticarət və xidmət müəssisəsində aparılan əməliyyatlardan yalnız 2-si qeydə alınır.

«Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) daxildir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 449,217 mln. manat, depozit portfeli 226,189 mln. manat, kredit portfeli 222,225 mln. manat, məcmu kapitalı 77,593 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 91 filialı, 314 bankomatı və 406 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR