Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda noyabr ayında valyuta ehtiyatlarının həcmi 88,2 mln. dollar və ya 1,7% artıb.
Cari ilin əvvəlindən valyuta ehtiyatları 955,9 mln. dollar və ya 15,6% azalıb:
Göründüyü kimi, cari il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında dəyişkən dinamika müşahidə olunub. Bunun əsas səbəbi ilk növbədə dünya bazarlarında dollar/avro valyutalarının qarşılıqlı məzənnələrinin böyük dəyişkənliyi olub. Belə ki, AMB-nin valyuta ehtiyatları həm dollar, həm də avroda saxlanıldığından, onların bahalaşıb-ucuzlaşması ehtiyatların dəyərinə təsir edir. Valyuta ehtiyatlarının dinamikasında əsas amil onların böhran zamanı kəskin azalmamasıdır ki, bu da manatın sabit saxlanması və böhranın digər mənfi nəticələri ilə mübarizə üçün ehtiyatların sərf edilmədiyini göstərir.