Bank Of Baku

“Parabank” beynəlxalq sertifikata layiq görülüb

“Parabank” beynəlxalq sertifikata layiq görülüb
# 07 dekabr 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) kənd təsərrüfatı fəaliyyətinin kreditləşməsi sahəsində geniş təcrübəsinə görə «Group to Assist the Poor» (Yoxsulluğa Kömək Konsultativ Qrupu), o cümlədən “Michael&Susan Dell” Fondu və “Ford” Fondu tərəfindən «Silver» kateqoriyası üzrə sertifikata layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın MIX informasiya agentliyinə verdiyi hesabat əsasən, bankın missiyası və sosial hədəfləri, rəhbərlik, məhsulların çeşidi, sosial fəaliyyət üzrə təlimlər, işçilərin qiymətləndirilməsi və motivasiyası, yoxsulluğun qiymətləndirilməsi sistemi, həmçinin xidmətlərin qiyməti, müştərilər, cəmiyyət, işçilər və ətraf mühit qarşısında sosial öhdəliklər əsas fəaliyyət sahələri kimi göstərilib.

Qeyd edək ki, 18 illik təcrübəyə malik olan bank aqrar sektora girovsuz qrup kreditlər təqdim edən azsaylı banklar sırasındadır. Bank «Beyləqan», «Ağcabədi», «Gəncə», «Quba», «Kəpəz», «Şəmkir» və digər filialların timsalında kənd təsərrüfatı fəaliyyətinin kreditləşməsi sahəsində geniş təcrübə toplayıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 74,457 mln. manat, depozit portfeli 46,916 mln. manat, kredit portfeli 47,901 mln. manat, məcmu kapitalı 11,750 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib.

Bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR