Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti müddətsiz lisenziya alıb

Azərbaycanın daha bir sığorta şirkəti müddətsiz lisenziya alıb
# 07 dekabr 2009 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni lisenziyanın verilməsi sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, «AtaSığorta» ASC-yə əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar olub.

Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin 8-i («Alfa Sığorta», «Atəşgah Həyat Sığorta Şirkəti», «Azərqarant», «Əmrah», «Günay Anadolu», «MBASK», «Rəvan Sığorta» və «AtaSığorta») müddətsiz lisenziya ilə fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,38 mln. manat, ödənişləri isə 0,58 mln. manat olub. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR