Bank Of Baku

Azərbaycanda kredit qoyuluşlarının həcmi artır

Azərbaycanda kredit qoyuluşlarının həcmi artır
# 07 dekabr 2009 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2009-cu ilin noyabrın 1-nə 7 963,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 266,2 mln. manat və ya 18,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə veriıən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 800,5 mln. manat və ya 11,2% artıb, o cümlədən oktyabrda kredit qoyuluşların həcmi 182,9 mln. manat və ya 2,4% təşkil edib.

Noyabrın 1-nə olan məcmu kredit qoyuluşlarının 2,2%-i qeyri-bank kredit təşkilatlarının payına düşür. Qeyd edək ki, son bir ildə qeyri-bank kredit təşkilatlarının xüsusi çəkisi 0,4 faiz bəndi azalıb.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə struktura gəldikdə, ənənəvi olaraq onların əsas hissəsi ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət-xidmət sektoruna verilib. Belə ki, ev təsərrüfatlarının payına ümumi kredit portfelinin 28,9%-i, ticarət və xidmət sektorunun payına isə 21,8%-i düşür. Eyni zamanda real iqtisadiyyata birbaşa bağlı olmayan sahələrin xüsusi çəkiləri tədricən azalmaqdadır. Belə ki, istehlak kreditlərinin xüsusi çəkisi son bir ildə 6,4 faiz bəndi, ticarət və xidmətin xüsusi çəkisi isə 3,7 faiz bəndi azalıb. Əvəzində isə real iqtisadiyyata aid olan sektorlara kredit qoyuluşlarının həcmləri və xüsusi çəkiləri artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR