Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası aktuarilər üçün kurslar keçirir

Azərbaycan Sığortaçılar Assosiasiyası aktuarilər üçün kurslar keçirir
# 07 dekabr 2009 09:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin aktuariləri üçün ödənişli kurslara başlayıb.

ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan Maliyyə Nazirliyi, ASA və xarici təşkilat - «East-West Managment» tərəfindən təşkil olunan kurslar üç həftə davam edəcək.

«Kurslara ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətindən 30 aktuari iştirak edir. Artıq kursların birinci həftəsi yekunlaşıb. Növbəti iki həftə yekunlaşdıqdan sonra aktuarilərə beynəlxalq sertifikatlar təqdim ediləcək», - deyə Q.Məcidov bildirib.

Ödənişli əsaslarla həyata keçirilən kurslarda aktuarilərə «East-West Managment»in müəllimləri tərəfindən «Aktuari 3B» proqramı tədris olunur.

Qeyd edək ki, aktuari peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində mütəxəssisdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR