Bank Of Baku

“AzeriCard” banklara kartlar vasitəsilə beynəlxalq pul köçürmələri üzrə xidmətlər göstərəcək

“AzeriCard” banklara kartlar vasitəsilə beynəlxalq pul köçürmələri üzrə xidmətlər göstərəcək
# 07 dekabr 2009 09:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “AzeriCard” prosessinq mərkəzi artıq banklara kartlar vasitəsilə beynəlxalq pul köçürmələri üzrə xidmətlər göstərmək imkanını təqdim edəcək.

APA-Economics”ə verilən məlumata görə, “AzeriCard”ın biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov bildirib ki, 2010-cu ilin birinci yarısında “Visa İnternational” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin kartları vasitəsilə bu imkanı reallaşdırmaq mümkün olacaq.

Qeyd edək ki, “AzeriCard” Azərbaycanda “MasterCard”, “Visa” və “American Express” Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hazırda “AzeriCard” Azərbaycanda, eləcə də onun hüdudları kənarında Beynəlxalq Ödəmə Sistemlərinin üzvü olan 30 bankdan 25-nə prosessinq xidməti göstərir.

“AzeriCard” kontaktsız bank mikroprosessor kartı vasitəsilə ictimai nəqliyyatda gediş haqqının, telefon şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişini, Mobil və İnternet Bankçılıq, nəğdsiz şəkildə bir kartdan digər karta pul köçürmələri, bankomat vasitəsilə sığorta haqlarının ödənişini, həmçinin depozit ödənişini, cürbəcür loyal proqramlar, müxtəlif valyuta kartları və s. kimi yeni, müasir, yüksək texnologiyalı layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

Hazırda “AzeriCard” sistemində 3 milyon bank kartlarına, 1,3 min bankomat və 6 minə yaxın elektron terminallarına xidmət göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR