Bank Of Baku

“AzeriCard” internet-banking və mobile-banking sistemlərində birdəfəlik parol generatorları tətbiq edəcək

“AzeriCard” internet-banking və mobile-banking sistemlərində birdəfəlik parol generatorları tətbiq edəcək
# 07 dekabr 2009 10:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “AzeriCard” prosessinq mərkəzi internet-banking və mobile-banking sistemlərində birdəfəlik parol generatorlarının tətbiqini planlaşdırır.

APA-Economics”ə verilən məlumata görə, “AzeriCard”ın biznes inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov bildirib ki, bu layihə 2010-cu ilin birinci yarısı ərzində həyata keçiriləcək.

Hazırda “MobilBank” sistemində ötürülən bütün məlumatlar şifrələnir, telefonun sahibi şəxsi PİN-kodu formalaşdırır, istifadəçinin eyniləşdirilməsi üçün yalnız istifadəçiyə məlum olan məxfi söz tələb olunur. Bu məxfi söz ən azı 4 və maksimum 8 işarədən ibarət olmalıdır.

“Internet Banking” sistemində təhlükəsizlik ötürülən məlumat şifrlənməsi, istifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilməsi, internet-banking sistemində yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik parollardan istifadə olunması vasitəsilə təmin edilir.

Yeni parol generatorları sistemlərin istifadəçilərinə təkrar olunmayan parollardan istifadə etməyə, bununla da mobile-banking xidmətlərinin təhlükəsizliyini qat-qat artırmaq imkanını təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR