Bank Of Baku

«Nikoil Bank» yeni kart məhsulu emissiya edib

«Nikoil Bank» yeni kart məhsulu emissiya edib
# 07 dekabr 2009 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) debet və depozit xarakterlərini özündə birləşdirən yeni «Bu Kart» adlı kart məhsulunu buraxıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Bu Kart» vasitəsilə müştəri kartındakı vəsaitləri azad xərcləyir, bununla bərabər, gündəlik hesab qalığına hər ay illik 5% gəlir əldə edir. Aylıq faiz kart sahibinin hesabındakı gündəlik qalığa əsasən hesablanır.

Qeyd edək ki, «Bu Kart»ın illik rəsmiləşdirilməsi 10 manat təşkil edir. Hesaba 500 manatdan çox vəsait yerləşdirildikdə kart pulsuz təqdim olunur.

«BU Kart»la adi kart əməliyyatlarından başqa, kommunal xidmətlərin, mobil operatorların, o cümlədən internet alış-verişinin ödənişi həyata keçirilə bilər. «Bu Kart» gəlirli plastik kartı müştərinin istəyinə görə manat və ya ABŞ dolları ilə rəsmiləşdirilə bilər.

Xatırladaq ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 22 bankomatı və 25 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR