Bank Of Baku

Ötən həftə Azərbaycan birja valyuta bazarının dövriyyəsi azalıb

Ötən həftə Azərbaycan birja valyuta bazarının dövriyyəsi azalıb
# 07 dekabr 2009 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (dekabrın 1-4-də) 11,693 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,9 dəfə azdır. Dolların orta həftəlik birja məzənnəsi isə 0,8026 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% artaraq 0,8027 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də 0,01% artaraq 0,8026 manata bərabər olub:




Göründüyü kimi, birja valyuta bazarında dövriyyənin azalması və məzənnələrin tam sabitliyi müşahidə olunub. Dövriyyənin azalması əvvəlki həftə ərzində baş verən və ötən həftə müşahidə olunmayan bir sıra iri ünvanlı əqdlərin olmasının nəticəsidir.

Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,33% artaraq həftənin son gününə 1,2084 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR