Bank Of Baku

Azərbaycanda əhali nağd dolların satışını azaldıb

Azərbaycanda əhali nağd dolların satışını azaldıb
# 07 dekabr 2009 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dolların həcmi 2009-cu ilin oktyabr ayında 116 729 800 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 15,4% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, əhali tərəfindən banklar vasitəsilə nağd dollar alınmasının həcmi oktyabrda 384 185 500 dollara bərabər olub ki, bu da sentyabrın göstəricisindən 4,3% çoxdur. Ötən ilin oktyabrında əhali tərəfindən 129 474 800 dollar məbləğində satış və 651 990 700 dollar məbləğində alış əməliyyatlar həyata keçirilib.

Ümumilikdə yanvar-oktyabr aylarında əhali 1 142 457 700 dollar həcmində satış, 4 859 842 900 dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər də ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,4% az və 28,4% çoxdur.

Göründüyü kimi, Azərbaycanda əhali tərəfindən nağd dollar alışı satışı 4,3 dəfə üstələyir. Bu, ilk növbədə Azərbaycanda dollara yığım valyuta kimi yanaşmasının nəticəsidir ki, əhali öz sərbəst vəsaitləri məhz nağd dollara çevirir. Bundan başqa, nağd dolların alışının bu dərəcədə populyar olmasının digər səbəbi pərakəndə idxalın artmasıdır ki, bu iki amil nağd dolların bazarında əsas rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR