Bank Of Baku

“AzeriCard” mobile-banking xidmətlərinin əhatə dairəsini genişləndirəcək

“AzeriCard” mobile-banking xidmətlərinin əhatə dairəsini genişləndirəcək
# 07 dekabr 2009 11:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “AzeriCard” prosessinq mərkəzi yaxın gələcəkdə mobile-banking xidmətlərinin əhalinin daha geniş kütləsinə göstərilməsi məqsədilə “Azercell Telekom” şirkəti ilə yanaşı, “Azerfon” və “Bakcell” şirkətlərini də müvafiq layihəyə cəlb edəcək.

APA-Economics”ə verilən məlumata görə, “AzeriCard”ın biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov bildirib ki, sistemə qoşulmanı asanlaşdırmaq üçün bankomatlardan və internetdən istifadə ediləcək. Xidmətə qoşulmaq üçün kartı bankomata daxil edərək iki dəfə telefon nömrəsi bankomatda yığılır və abunə sistemə qoşulur.

Bu xidmət vasitəsilə gecə-gündüz on-line rejimində abunəçi öz hesabını idarə edib, aşağıdakı əməliyyatları həyata keçirə bilər:
• hesabının balansının yoxlanılması;
• hesabındakı əməliyyatlar haqda hesabatın formalaşdırılması – son 10 əməliyyat;
• istifadə etdiyi enerji haqlarının ödənişi;
• “Azercell” mobil şəbəkəsinin istifadəsi haqlarının ödənişi;
• hər bir keçirilmiş əməliyyat haqda SMS-bildirişin alınması.

Mobile-banking xidmətlərinə qoşulmaq üçün mobil rabitə abunəçisi bu xidməti göstərən bankın müvafiq kartına sahib olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR