Sabah Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti işə başlayır
«APA-Economics»in məlumatına görə, Azərbaycan hökumətinin nümayəndə heyəti sammitdə iştirak edəcək. Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev, «AtaHolding»ın İdarə Heyətinin sədri Qafar Qurbanov, «Azneftkimyamaş» ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanov, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin icraçı direktoru Toğrul Köçərli, «AZEL» şirkəti Müşahidə Şurasının sədri İqor Yakovenko, «SW LLC Holding»in (Azerbaijan Airlines) prezidenti Zaur Axundov və bir sıra digər şəxslər tədbirə qatılaraq məruzələrlə çıxış edəcəklər.
Bununla yanaşı, toplantıda ABŞ “Eximbank”ının Avropa və Mərkəzi Asiya bölgəsində beynəlxalq inkişaf üzrə direktor Brayan Sent Anjelo, «Eurasia Capital Management»in icraçı tərəfdaşı Əlişer Əli Cuminov, «The Sturgeon Investments»in investisiyalar üzrə baş direktoru Klimente Kappellonun iştirakı gözlənilir.
Qeyd edək ki, Adam Smit İnstitutunun təşkilatçılığı ilə iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına, ümumiyyətlə, Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.
Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.
I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.
APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün oxucuları və abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.
Sammitin əsas mövzuları və tədbirləri:
* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;
* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;
* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;
* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları».
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;
* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;
* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.
Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.
Sammitin daimi veb-saytları:
http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib
Heqset İrana güclü zərbələr endiriləcəyini açıqlayıb
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
İranın Minab və Sirik şəhərlərində partlayış səsləri eşidilib
Tehranın qərbində HHM sistemləri işə salınıb
Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb
Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
Zelenski: Ukrayna ordusu PUA-larla bir ildə Rusiyaya 40 milyard dollarlıq zərər vurub
Türkiyənin məşhur Güray Muzeyində Milli Qurtuluş Günü münasibətilə fotosərgi açılıb
Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
Makronun zəifləyən nüfuzu fonunda Azərbaycana qarşı kampaniyası - TƏHLİL
Tramp: Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib
Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp: Bu gün yenidən İranı sərt şəkildə vuracağıq
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir