Bank Of Baku

Azərbaycanda bankların aktivləri 11 mlrd. manatı keçib

Azərbaycanda bankların aktivləri 11 mlrd. manatı keçib
# 07 dekabr 2009 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivləri cari ilin noyabrın 1-nə 11 020,45 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 746,99 mln. manat və ya 7,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, cari ilin birinci rübü ərzində bank aktivləri 1 458,5 mln. manat azalıb, lakin bundan sonrakı dövrdə həmin göstərici üzrə 2 205,49 mln. manatlıq artım müşahidə olunub:




Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi noyabrın 1-nə 7 530,42 mln. manat (xüsusi çəkisi 68,33%), müxbir hesablar 673,20 mln. manat 6,11%), investisiyaların həcmi 794,85 mln. manat (7,21%), nağd vəsaitlər 434,97 mln. manat (3,95%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 546,57 mln. manat (4,96%), digər aktivlər isə 1 040,43 mln. manat (9,44%) təşkil edib.

Kommersiya banklarının məcmu balansında passivlərin 81,97%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 9 033,16 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 464,40 mln. manat və ya 5,4% çoxdur. Öhdəliklərin tərkibində 4 064,29 mln. manat həcmində depozitlər, 4 150,01 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər və 818,87 mln. manat həcmində digər öhdəliklər yer alıb. Bankların məcmu kapitalı cari ilin əvvəlindən 282,59 mln. manat və ya 16,6% artaraq noyabrın 1-nə 1 987,29 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR