Bank Of Baku

«Amrahbank»ın Bakıda daha bir filialı istifadəyə verilib

«Amrahbank»ın Bakıda daha bir filialı istifadəyə verilib
# 07 dekabr 2009 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AmrahBank» Səhmdar Kommersiya Bankının (SKB) son 10 gün ərzində Bakıda daha bir filialı istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68 ünvanında (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında) yerləşir.

Filialın açılış mərasimində iştirak edən bankın İdarə Heyətinin sədri Emil Məmmədov bildirib ki, yeni səhmdarın cəlb edilməsi, bank işi üzrə yeni proqram təminatının alınması, həmçinin bankın işçi heyətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər və beynəlxalq maliyyə institutları ilə aparılan əməkdaşlıq bankın inkişaf tarixində yeni bir mərhələnin başlanmasına səbəb olub. Bütün bu işlər isə birbaşa olaraq potensial istehlakçının seçilməsində əsas meyar sayılan bank xidmətinin sürət və keyfiyyətinin yaxşılaşdırılmasına doğru istiqamətlənib.

Təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreynin Beynəlxalq İnvestisiya Bankı (49%) olan «AmrahBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 63,094 mln. manat, depozit portfeli 35,740 mln. manat, kredit portfeli 36,702 mln. manat, məcmu kapitalı 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 24 filialı, 14 bankomatı və 46 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR