Bank Of Baku

Bu gün Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti işə başlayır

Bu gün Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti işə başlayır
# 08 dekabr 2009 06:50 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti işə başlayır.

«APA-Economics»in məlumatına görə, sammitdə Azərbaycan hökumətinin nümayəndə heyəti iştirak edir. Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, nəqliyyat nazirinin müavini Musa Pənahov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AzPromo) prezidentinin vəzifələrini icra edən Adil Məmmədov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev, «AtaHolding»ın İdarə Heyətinin sədri Qafar Qurbanov, «Azneftkimyamaş» ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanov, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin icraçı direktoru Toğrul Köçərli, «AZEL» şirkəti Müşahidə Şurasının sədri İqor Yakovenko, «SW LLC Holding»in (Azerbaijan Airlines) prezidenti Zaur Axundov və bir sıra digər şəxslər tədbirdə məruzələrlə çıxış edəcəklər.

Bununla yanaşı, toplantıda ABŞ “Eximbank”ının Avropa və Mərkəzi Asiya bölgəsində beynəlxalq inkişaf üzrə direktor Brayan Sent Anjelo, «Eurasia Capital Management»in icraçı tərəfdaşı Əlişer Əli Cuminov, «The Sturgeon Investments»in investisiyalar üzrə baş direktoru Klimente Kappellonun iştirakı gözlənilir.

Qeyd edək ki, Adam Smit İnstitutunun təşkilatçılığı ilə iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.

Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.

I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.

APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün oxucuları və abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.

Sammitin əsas mövzuları və tədbirləri:

* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;

* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;

* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;

* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları».
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;

* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;

* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.

Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.

Sammitin daimi veb-saytları:

http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR