Bank Of Baku

Azərbaycan əhalisi nağd avro alışını azaldıb

Azərbaycan əhalisi nağd avro alışını azaldıb
# 08 dekabr 2009 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd avronun satış həcmi 2009-cu ilin oktyabrında 2 985 400 avro, alış həcmi isə 93 434 100 avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ümumilikdə yanvar-oktyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 57 122 100 avro həcmində avro satılıb, 567 950 600 avro həcmində isə nağd avro alınıb.

Beləliklə, cari ilin 10 ayı ərzində əhali tərəfindən nağd avronun alışı satışı 9,9 dəfə üstələyib ki, bunun da əsas səbəbi avrozonadan pərakəndə və mütəşəkkil idxalın çox olmasıdır.

Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd avronun satışını 10,3% artırıb, alışı isə 11,3% azaldıb. Bunun əsas səbəblərdən biri kimi avronun məzənnəsinin cari ildə dəyişkənliyini qeyd etmək olar. Belə ki, cari ildə avronun dollara qarşı möhkəmlənməsi müşahidə olunub ki, bu halda əhali bahalaşan valyutanın alınmasından müəyyən dərəcədə çəkinməyə meyl göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR