Bank Of Baku

Maliyyə Nazirliyi tərəfindən növbəti test imtahanı keçiriləcək

Maliyyə Nazirliyi tərəfindən növbəti test imtahanı keçiriləcək
# 08 dekabr 2009 08:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il dekabrın 18-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə, həmçinin sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin imtahandan keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün bu il dekabrın 17-dək Dövlət Sığorta Nəzarəti Xidməti vasitəsilə əlaqə saxlayaraq imtahanda iştiraklarını təsdiq etməlidirlər.

Qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.

Xatırladaq ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR