Bank Of Baku

Bakıda «United Credit Bank»ın ilk şöbəsi fəaliyyətə başlayıb

Bakıda «United Credit Bank»ın ilk şöbəsi fəaliyyətə başlayıb
# 08 dekabr 2009 08:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda açılmış ilk şöbəsi bu gündən fəaliyyətə başlayır.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Bakının Nizami küçəsində yerləşən şöbədə müştərilərə bankın təklif etdiyi bütün məhsullar təqdim olunur. Qeyd edək ki, yaxın vaxtlarda bankın İmişli filialının da açılışı gözlənilir.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 yerli fiziki şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR