Bank Of Baku

Azərbaycanda pul bazası ilin əvvəlindən 9% azalıb

Azərbaycanda pul bazası ilin əvvəlindən 9% azalıb
# 08 dekabr 2009 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin dekabrın 1-nə 4 337,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 124,6 mln. manat və ya 3% artıb. Eyni zamanda cari ilin əvvəlindən bu göstərici 444,2 mln. manat və ya 9,3% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və Mərkəzi Bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.

Cari il ərzində pul bazası üzrə dinamika ilk 4 ay ərzində pul bazasının azalma, sonrakı 4 ay ərzində isə artım, sentyabr ayında azalma, oktyabr-noyabr aylarında isə yenidən artımı göstərir. Noyabr ayında artımın həcmi 143,6 mln. manat və ya 3,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR