Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb
# 08 dekabr 2009 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin tərkibində olan vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin noyabrın 1-nə 290 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıqdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 2,1%-dən 3,6%-dək yüksəlib.

Vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisi üzrə kəskin artımı ümumilikdə mənfi göstərici olsa da, böhran şəraitində bank praktikasında qəbul olunmuş normalar və digər amillər nəzərə alınmaqla bu narahat doğrulmamalıdır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, vaxtı keçmiş kreditlərin təxminən yalnız 1/3 hissəsi girovla təmin edilməmiş kreditlərdir.

Bundan əlavə, son zamanlar dünya maliyyə böhran şəraitində əksər ölkələrdə, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bank sistemlərində vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin kəskin artımı baş verib ki, nəticədə bəzi ölkələrdə bu göstərici 15-20%-dək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR