Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu 11% artıb

Azərbaycanın xarici dövlət borcu 11% artıb
# 08 dekabr 2009 11:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın xarici dövlət borcunun həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 3 331,5 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 11% çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8,7%-ə bərabər olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-i vəziyyətinə xarici kreditlər üzrə adambaşına düşən xarici borc 380,6 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 2 997,2 mln. dollar və ya ümumi xarici borcun 90%-ni təşkil edib. Həmin məbləğin 40,6%-i və yaxud 1,354 mlrd. dolları elektrik enerjisi sektoruna, 3,6%-i (118,8 mln. dollar) kənd təsərrüfatı, 23,8%-i (792,7 mln. dollar) yol tikintisi və nəqliyyat, 9,1%-i (301,7 mln. dollar) su təchizatı və meliorasiya, 6%-i (200,1 mln. dollar) neft, qaz və kimya, 4,6%-i (152,4 mln. dollar) sosial, 2,3%-i isə (77,4 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 334,4 mln. dollar təşkil edib (xarici borcun 10%-i). Bu məbləğin 268,1 mln. dolları Dünya Bankı, 66,3 mln. dolları isə Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr ayları ərzində istifadə edilən kreditlərin həcmi 431,7 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR