Bank Of Baku

«AGLeasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 2%-dək artırıb

«AGLeasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 2%-dək artırıb
# 08 dekabr 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 10,944 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 4,9% çoxdur.

Şirkətin Biznesin inkişafı Departamentinin direktoru Ülviyyə Hüseynovanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 19,3% azalaraq 10,085 mln. manata çatıb.

Ü.Hüseynova bildirib ki, bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lakin bağlanan lizinq müqavilələrinin sayı son bir il ərzində 1,6% artaraq 313-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank», Böyük Britaniyanın «Hyperion İnvestments», ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR