Bank Of Baku

«Günay Anadolu» brendini dəyişir

«Günay Anadolu» brendini dəyişir
# 08 dekabr 2009 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin brendi yaxın vaxtlarda «Günay sığorta» şirkətinə dəyişdiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin idarə Heyətinin sədri Vüqar Rəcəbov bildirib.

V.Rəcəbovun sözlərinə görə, brendin dəyişməsi ilə bağlı Azərbaycanın Vergilər və Maliyyə nazirliklərinə müvafiq sənədlər təqdim edilib: «Ümid edirik ki, yaxın vaxtlarda hər iki qurum tərəfindən şirkətin adının dəyişdirilməsinə dair qərar veriləcək».

Qeyd edək ki, «Günay Anadolu» sığorta şirkəti əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günay Bank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.

Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanunun 18-ci maddəsinin 18.2.4.-cü bəndinə əsasən, xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz.

«Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,38 mln. manat, ödənişləri isə 0,16 mln. manat olub. Bu ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR