Bank Of Baku

«Paşa Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankının tibbi sığortaçısı seçilib

«Paşa Sığorta» şirkəti Azərbaycan Mərkəzi Bankının tibbi sığortaçısı seçilib
# 08 dekabr 2009 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti Mərkəzi Bankın tibbi sığortaçısı seçilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığorta şirkəti ilə Azərbaycan Mərkəzi Bank arasında bağlanan müqaviləyə əsasən, «Paşa Sığorta» şirkəti Mərkəzi Bankın bütün personalını və hesabat verən orqanlarının nümayəndələrini sığortalayacaq.

Qeyd edək ki, bununla şirkətin tibbi sığorta növü üzrə sığortaladığı bankların sayı («Bank Respublika», «Access Bank», «Paşa Bank», «Bank of Baku», «Bank Avrasiya» və «DəmirBank») 7-yə çatıb.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 8,96 mln. manat, ödənişləri isə 1,56 mln. manat təşkil edib. Bu ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR