Bank Of Baku

«DəmirBank» Hollandiyanın «SNS Fondu»ndan 5 mln. dollarlıq kredit cəlb edib

«DəmirBank» Hollandiyanın «SNS Fondu»ndan 5 mln. dollarlıq kredit cəlb edib
# 08 dekabr 2009 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» Səhmdar Kommersiya Bankı (SKB) Hollandiyanın «SNS İnstitusional Mikromaliyyə Fondu» ilə 5 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsinə dair kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqavilə Dünya Bankının nəzdində Dünya Bazarlarının İnkişafı üzrə Fondun təşkilatçılığı ilə imzalanıb.

Qeyd edək ki, 3 il müddətinə cəlb edilən vəsaitin ölkədə sahibkarlığın kreditləşməsinə yönəldiləcəyi göstərilir.

Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, bank iri və orta həcmli kreditləşmə ilə yanaşı, mikro və kiçik kreditlərə böyük önəm verir. «Bu, həmçinin bankın sosial yönümlü siyasətinin bariz nümunəsidir. Mikro və kiçik kreditlər minlərlə sahibkara fəaliyyətini genişləndirməyə imkan yaradır ki, bunun nəticəsində əhalinin məşğulluq səviyyəsi və rifahı yüksəlir», - deyə Y. Cabbarov bildirib.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «DəmirBank»ın nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Cari ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 256,3 mln. manat, kredit portfelinin həcmi 187,8 mln. manat, müştəri depozitlərinin həcmi 90,6 mln. manat, məcmu kapitalı 45,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,4 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR