Bank Of Baku

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova: «Gələn il Azərbaycanda iqtisadi artım tempi 7 faizə çatacaq»

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova: «Gələn il Azərbaycanda iqtisadi artım tempi 7 faizə çatacaq»
# 08 dekabr 2009 16:58 (UTC +04:00)
London. Vüqar Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda iqtisadi artım tempinin ən konservativ hesablamalar əsasında 6,78% təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

Onun sözlərinə görə, orta proqnozlara əsasən, gələn il Azərbaycanda ÜDM-in 7%, Dünya Bankının proqnozları ilə 8%, Avropa Yenidənqurma və İnkişaf Bankının ehtimallarına əsasən isə 6% artacağı gözlənilir.

Bununla yanaşı, nazir müavini 2010-cu ildə Azərbaycanda 53 mln. tondan artıq neftin hasil olunacağını, əhalinin gəlirlərinin təxminən 10%, kredit qoyuluşlarının 4% artacağını vurğulayıb.

Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda iqtisadi artım tempi 10,8%, o cümlədən qeyri-neft sektorunda 7% olub. Bu il ərzində də analoji göstəricilərin təkrar olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR