Yaxın beş ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 0%-ə endiriləcək
London. Vüqar Mustafayev - APA-Economics. Londonda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Sammiti davam edir.
“APA-Economics”in məlumatına görə, tədbirin ilk gününün ikinci hissəsində Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Adil Məmmədov toplantı iştirakçılarını ölkədə yaradılmış investisiya mühiti haqqında ətraflı məlumatlandırıb və perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.
A.Məmmədovun sözlərinə görə, son illər ərzində Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində ölkə əhalisinin gəlirləri sabit şəkildə artır və son beş ildə yoxsulluq səviyyəsi 2003-cü ildəki 45%-dən 2008-ci ildə 13%-dək azalıb. Yaxın beş il ərzində isə bu göstəricinin, ümumiyyətlə, 0%-ə çatdırılması planlaşdırılır.
Azpromo başçısının fikrincə, ölkədə İnternet istifadəçiləri və adambaşına düşən avtomobillərin sayının da durmadan artması kimi amillər də sosial rifahın yüksəlməsindən xəbər verir: «Təkcə son beş ildə Azərbaycanda hər 1 000 nəfərə düşən avtomobillərin sayı 62-dən 99-a çatıb».
Bundan başqa, sammitdə çıxış edən Azərbaycan Dövlət Neft Fondunun sərmayələr üzrə direktoru İsrafil Məmmədov dövlətimizin təşəbbüsü ilə regionda həyata keçirilən neft və qaz sektoru üzrə infrastruktur layihələrindən, həmçinin neft və qaz ehtiyatlarının hasilatından əldə olunan milyardlarla dollarla ölçülən gəlirlərin Neft Fondunda toplanması və məqsədli layihələrə xərclənməsi haqqında danışıb.
Azərbaycanın yeritdiyi vergi siyasəti haqqında danışan vergilər nazirinin müavini Sahir Məmmədxanov ilbəil vergi yükünün azaldıldığını vurğulayıb. Belə ki, təkcə mənfəət vergisinin dərəcəsi 2003-cü ildəki 27%-dən 2009-cu ildə 22%-ə azaldılıb, 2010-cu ilin əvvəlindən isə 20%-lik vergi dərəcəsi tətbiq olunacaq.
Nazir müavini əlavə edib ki, dövlətin yeritdiyi vergi siyasətinin əsas prioritetlərindən biri də xarici sərmayələrin qorunması və ikiqat vergitutmanın aradan qaldırılmasına istiqamətlənib. Nəticədə indiyədək 39 ölkə ilə ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş imzalanıb və bunun 32-si artıq qüvvədədir. Həmçinin məlumatlandırma sistemi avtomatlaşdırılıb, qeydiyyat proseduraları maksimum sadələşdirilib, yeni ildən etibarən isə elektron vergi hesab-fakturaların tətbiqinə başlanacaq.
Sammitdə çıxış edən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti sədrinin I müavini Emil Mustafayev təmsil etdiyi qurumun həm respublikanın, həm də regionun aparıcı bank təşkilatı olduğunu xatırladıb. Hazırda müşahidə olunan dünya iqtisadi böhranı şəraitində bank son iki ildə 1 mlrd. dollardan artıq həcmdə xaricdən maliyyə vəsaitinin cəlb edilməsinə nail olub və eyni həcmdə xarici öhdəliklər icra edib.
Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin başçısı Frensis Deley və Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisinin rəhbəri Aliyə Əzimova təmsil etdikləri təşkilatların ümumi, o cümlədən ölkədəki fəaliyyəti, əməkdaşlıq perspektivləri, investisiya layihələrinin birgə maliyyələşdirilməsi imkanları haqqında ətraflı məlumat veriblər.
Sammitdə Azərbaycanın İKT sektorunun qeyri-dövlət bölməsini təmsil edən «Azercell Telekom» şirkətinin texniki məsələlər üzrə baş təmsilçisi Orxan Buday şirkətin 3G, LTİ və s. müasir texnoloji yenilikləri və hazırlıq işləri haqqında danışıb. O.Budayın sözlərinə görə, daxili bazarda 70% payı və 700 işçisi, 80% coğrafi və 99,7% əhalinin əhatəsinə nail olan «Azercell» şirkəti artıq 3G sisteminin tətbiqinə texniki baxımdan tam hazırdır.
Toplantıda çıxış edən Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov təsis etdiyi qurumun Avropa investorlarının Azərbaycan bazarına çıxması, tərəfdaşın tapılması və məlumatlandırılması üçün istənilən yardımı göstərməyə hazır olduğunu vurğulayıb. «Azərbaycan sərmayələrin yatırılması üçün olduqca yaxşı və pesrpektivli bölgədir və bu işdə investorlara yardım etməyə hazırıq. Azərbaycan iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil etsə də, aqrar, tikinti, turizm kimi böyük potensiala malik olan perspektivli əməkdaşlıq və sərmayə yatırmaq üçün sahələr mövcuddur», - deyə T.Heydərov vurğulayıb.
Sammitdə Azərbaycan İnvestisiya Şirkəti, «AFBBank», «AZEL», «AzMeCo», «AtaHolding» kimi şirkət və təşkilatların rəsmi nümayəndələri çıxışlarında təmsil etdikləri qurumlar haqqında və əməkdaşlıq perspektivləri barədə danışıblar.
Qeyd edək ki, Adam Smit İnstitutunun təşkilatçılığı ilə iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.
Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.
I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.
APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün oxucuları və abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.
Sammitin əsas mövzuları və tədbirləri:
* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;
* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;
* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;
* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları».
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;
* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;
* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.
Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.
Sammitin daimi veb-saytları:
http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001

Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb