Bank Of Baku

«Omni Finance» istiqraz buraxır

«Omni Finance» istiqraz buraxır
# 09 dekabr 2009 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Omni Finance» qeyri-bank kredit təşkilatının sənədsiz adlı təmin edilmiş istiqrazların emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edib. Birja mütəxəssislərinin fikrincə, «Omni Finance» MMC istiqrazların yerləşdirilməsinə artıq bu ilin dekabr ayında başlayacaq.

Qeyd edək ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə mikromaliyyə təşkilatı kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlayıb və 2009-cu ilin oktyabr ayından etibarən adını dəyişərək «Omni Finance» MMC olub. Hazırda şirkətin nizamnamə kapitalı 160 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR