Bank Of Baku

Azərbaycanda bankların mənfəəti artıb

Azərbaycanda bankların mənfəəti artıb
# 09 dekabr 2009 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar-oktyabr ayları ərzində əldə etdiyi mənfəətin həcmi vergi ödənilənədək 262,94 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24,72 mln. manat və ya 10,4% artıb.

Cari ilin 10 ayının yekunlarına görə, 98,99 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 361,93 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvar-oktyabr göstəricisi ilə müqayisədə 40,96 mln. manat və ya 10,2% azdır ki, bu da ötən ilin müvafiq dövrü ərzində ayırmaların hazırkı səviyyədən 1,7 dəfə çox olması ilə əlaqədardır.

Yanvar-oktyabr ayları ərzində bankların faiz gəlirləri 862,25 mln. manat, faiz xərcləri 378,37 mln. manat təşkil edib, nəticədə xalis faiz mənfəəti 483,88 mln. manat olub. Bundan əlavə, bankların qeyri-faiz gəliri 205,03 mln. manat, qeyri-faiz xərcləri isə 326,48 mln. manat təşkil edib ki, nəticədə qeyri-faiz əməliyyatları üzrə 121,45 mln. manata bərabər olan xalis zərər yaranıb.

Beləliklə, bankların qeyri-faiz əməliyyatları üzrə hələ də zərərlə işləməsi müşahidə olunur. Qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini təxminən 1,6 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR