Bank Of Baku

Azərbaycanda bankomatların sayı artmaqdadır

Azərbaycanda bankomatların sayı artmaqdadır
# 09 dekabr 2009 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2009-cu ilin noyabr ayının 1-nə 1 657 vahid təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 bankomat və ya 12,3% çoxdur. Noyabrın 1-nə fəaliyyət göstərən bankomatların 935-i və ya 56%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb.

Bu dövrdə Azərbaycan üzrə POS-terminalların sayı 8567 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 728 ədəd və ya 9,3% çoxdur.

Qeyd edək ki, POS-terminalların 7782-si Bakı şəhərində, 785-i isə regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR