Bank Of Baku

Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 09 dekabr 2009 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2009-cu ilin noyabrın 1-nə 7 675,6 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 9,6% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda M3 aqreqatının həcmi oktyabr ayında 2,9%, son bir ildə isə 0,9% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. Pul kütləsinin tərkib hissələri üzrə də azalma tendensiya müşahidə olunub.

Belə ki, nağd pullar (M0 aqreqatı) cari ilin 10 ayı ərzində 11,5% azalaraq, oktyabrda 1,4%, son bir ildə isə 0,9% artaraq 3 670,3 mln. manata çatıb:

(mln. man.)

 

01.11.08

01.01.09

01.10.09

01.11.09

M0 (nağd pullar)

3 636,4

4 145,7

3 620,1

3 660,3

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 529,7

5 145,0

4 449,2

4 539,0

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

5 443,8

6 081,0

5 222,4

5 388,5

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

7 608,0

8 494,2

7 458,4

7 675,6



Göründüyü kimi, cari ilin noyabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisinin göstəricisi 67,9% təşkil edib ki, bu da ilin əvvəlində olan göstəricisindən 0,3 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR