Bank Of Baku

«Royal Bank» 67 vətəndaşa 2,977 mln. manat həcmində ipoteka krediti verib

«Royal Bank» 67 vətəndaşa 2,977 mln. manat həcmində ipoteka krediti verib
# 09 dekabr 2009 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Econmomics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) ölkədə ipoteka kreditləşməsi bərpa olunduğu vaxtdan indiyə kimi 67 vətəndaşa 2,977 mln. manat həcmində ipoteka krediti verib.

Bankın ipoteka şöbəsinin aparıcı mütəxəssisi Bahadur Səfərəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsi bərpa olunduqdan sonra banka ümumilikdə 140 nəfər müraciət edib ki, bunun da 67 nəfəri kreditlə təmin edilib. Verilən kreditlər sırasında güzəştli ipoteka kreditləri üzrə 5 vətəndaşa 170 min manat həcmində kreditlər ayrılıb.

B.Səfərəliyevin sözlərinə görə, yaxın günlərdə bankın kredit komitəsi tərəfindən ipoteka krediti ilə bağlı təqdim edilmiş daha 3 ipoteka sənədinə baxılacaq. Komitə tərəfindən müzakirə olunacaq kreditlərin ümumi həcmi 150 min manatdır.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 34 mln. manat vəsait ayrılıb.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 135,55 mln. manat, depozit portfeli 54,501 mln. manat, kredit portfeli 99,254 mln. manat, məcmu kapitalı 21,698 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 31 filialı, 4 mübadilə məntəqəsi, 29 bankomatı və 97 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR