Bank Of Baku

Azərbaycanda İngiltərə funtu üzrə əməliyyatlar artıb

Azərbaycanda İngiltərə funtu üzrə əməliyyatlar artıb
# 09 dekabr 2009 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda İngiltərə funtu ilə nağd əməliyyatların həcmi 2009-cu ilin oktyabrda 1 323 400 funt təşkil edib ki, bunun 127 500 funt əhali tərəfindən satış, 1 195 900 funt isə alış əməliyyatlarının payına düşüb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ümumilikdə yanvar-oktyabr ayları ərzində Azərbaycanda əhali tərəfindən 1 474 000 funt həcmində funt satılıb, 12 980 800 funt həcmində isə nağd funt alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan əhalisi nağd funtun satışını da, alışını da 2 dəfə artırıb. Hətta cari ilin 10 aylıq göstəriciləri ötən ilin bütün göstəricilərini üstələyib. Belə ki, əhali tərəfindən nağd funtun satışı üzrə üstələmə 67%, alış üzrə isə 50% təşkil edir.

Qeyd edək ki, bu tendensiya artıq davamlı xarakteri alıb. Məsələn, 2008-ci ilin satış üzrə göstəricisi əvvəlki ilin göstəricisindən 40%, alış göstəricisi isə 91% artıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR