Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası məcburi köçkünlərdən ibarət yeni kredit ittifaqı yaradacaq

Azərbaycan Kredit İttifaqları Assosiasiyası məcburi köçkünlərdən ibarət yeni kredit ittifaqı yaradacaq
# 09 dekabr 2009 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) məcburi köçkünlərdən ibarət yeni kredit ittifaqı yaratmaq niyyətindədir.

AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, ittifaqın yaradılması ilə bağlı təkliflər məcburi köçkünlərə təqdim olunub. Hazırda həmin təkliflərin cavabını gözləyirik.

Qeyd edək ki, hazırda ölkədə məcburi köçkün və qaçqınlardan ibarət bir neçə ittifaq («Yeni Daşkənd» (Bərdə), «Kömək Kredit İttifaqı» (Füzuli) və «Yüzbaşı-2 Kredit İttifaqı» (Ağdam) fəaliyyət göstərir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR