«NBCBank» «Lider» sistemi üzrə xüsusi endirimlər təklif edir

«NBCBank» «Lider» sistemi  üzrə xüsusi  endirimlər təklif edir
# 09 dekabr 2009 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) Yeni il bayramı ilə əlaqədar «Lider» beynəlxalq təcili pul köçürmə sistemi üzrə müştərilərə xüsusi endirimlər təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xüsusi endirimlər bu ilin dekabr ayından 2010-cu ilin yanvar ayının 25-dək davam edəcək. Bu kampaniya vasitəsilə müştərilər hər bir pulköçürmə əməliyyatına cəmi 1,5% komissiya haqqı ödəyəcək. Pulköçürmələrini «NBCBank»ın bütün filiallarında həyata keçirmək mümkündür.

Qeyd edək ki, hazırda bank «Western Union», «PrivateMoney», «Sontact», «Migom», «XpressMoney», «Bıstraya Poçta» və «Lider» pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edir.

Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişərək «NBCBank» olub. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 49,258 mln. manat, depozit portfeli 3,596 mln. manat, kredit portfeli 40,533 mln. manat, məcmu kapitalı 18,240 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat olub. Göstərilən tarixə bankın respublika üzrə 7 filialı, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR