Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Cari ildə manatın məzənnəsi sabit qalıb

Azərbaycan Mərkəzi Bankı: Cari ildə manatın məzənnəsi sabit qalıb
# 09 dekabr 2009 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2009-cu il üzrə manatın dollara qarşı məzənnəsi ümumilikdə sabit qalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış və cari ilin üç rübünü əhatə edən “Maliyyə Sabitliyi İcmal”ında deyilir.

İcmalda bildirilir ki, ilin əvvəlində (fevral ayında) manatın məzənnəsinin müəyyən ucuzlaşması baş verib. Bunun əsas səbəbi qlobal maliyyə böhranı nəticəsində dünyanın müxtəlif aparıcı valyutalarının qarşılıqlı məzənnələrində baş verən dəyişikliklər və qonşu ölkələrdə gedən devalvasiyaların psixoloji təsirləri olub. Nəticədə Mərkəzi Bank ilin əvvəlində bazara müdaxilə edərək manatın məzənnəsinin sabitliyini qoruyub.

İlin əvvəlində məzənnə ilə bağlı yaranmış qeyri-müəyyənlik nəticəsində hüquqi və fiziki şəxslər daha çox xarici valyuta almağa meylli olduğu halda, manatın məzənnəsinin stabilləşdirilməsi nəticəsində xarici valyutaya tələb son iki rübdə azalıb. Lakin ikinci rübün sonlarından etibarən valyuta bazarında ikinci bir canlanma hiss olunub. Belə tendensiya xüsusilə açıq banklararası bazar və bankdaxili mübadilə əməliyyatlarında özünü büruzə verib. İkinci canlanmanın yaranmasına əsas səbəb kimi Mərkəzi Bankda bankların xarici borc öhdəliklərini yerinə yetirmək məqsədilə valyuta alışları həyata keçirməsi göstərilir.

Bütövlükdə üçüncü rübdə manatın ABŞ dollarına qarşı məzənnəsi 0,05%, avroya qarşı 4,8% aşağı düşüb. Valyuta bazarının həcmi isə ikinci rübə nisbətən 26,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR