Bank Of Baku

IFC Azərbaycanda yeni layihənin icrasına başlayır

IFC Azərbaycanda yeni layihənin icrasına başlayır
# 09 dekabr 2009 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın maliyyə sektorunda yeni layihənin icrasına başlayır.

IFC-nin Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan və Mərkəzi Asiyada maliyyə infrastrukturunun inkişafı» adlı layihənin Azərbaycanda icrasına cari ilin dekabrın ikinci dekadasından etibarən başlanacağı gözlənilir: «Dekabrın 10-da isə yeni layihənin təqdimatı keçiriləcək. Layihə çərçivəsində IFC və Azərbaycan Mərkəzi Bankı birgə kredit börosu, həmçinin risk-menecment proqramı yaradacaq».

Qeyd edək ki, IFC Dünya Bankı Qrupunun üzvüdür və inkişaf dövründə olan ölkələrdə davamlı iqtisadi inkişafı dəstəkləyir, yerli və beynəlxalq maliyyə bazarlarına özəl kapitalı mobilizə edir və hökumət və biznes strukturlarını məsləhət və risklərin azaldılması xidmətləri ilə təmin edir. Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür və bu müddət ərzində IFC ölkədə korporativ idarəetmə, ipoteka, lizinq və digər sahələr üzrə layihələrin icrasında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR