Azərbaycan Mərkəzi Bankı bank kredit bazarını müsbət qiymətləndirir
İcmala əsasən, cari ilin oktyabrın 1-nə ötən ilin eyni dövrü ilə müqayisədə manatla kredit qoyuluşları 19,7%, xarici valyuta ilə kredit qoyuluşları isə 15,7% artıb ki, nəticədə milli valyuta ilə kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 55,7% təşkil edib. Xarici valyutada kreditlər əsasən energetika, ticarət, daşınmaz əmlakla bağlı (həm tikintisi, həm də alınması) sahələrə, habelə istehlaka verilib.
Bundan başqa, uzunmüddətli kreditlərin daha surətlə artması tendensiyası davam edir. Belə ki, sentyabr ayının sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli kredit qoyuluşları 5,1%, uzunmüddətli kredit qoyuluşları isə 23,4% artıb. Nəticədə dövr ərzində kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 3,3 faiz bəndi artaraq 73,2%-ə çatıb.
Mərkəzi Bankın təhlilinə əsasən, dəyişən makroiqtisadi şəraitdə banklar daha çox etibarlı, illərlə sınanmış, iqtisadi dövrün dəyişməsinə az həssas olan müştəri və sahələrlə işləməyə üstünlük verirlər. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq, banklar ticarət və xidmət, istehlak kreditlərinə deyil, sənayenin müxtəlif sahələrində kredit aktivliyini artırırlar. Belə ki, 9 ay ərzində sənaye və istehsala yönələn kreditlərin məbləği 27% artaraq 544,2 mln. manat, kənd təsərrüfatı və emala yönələn kreditlərin məbləği 41,6% artaraq 361,7 mln. manat təşkil etdiyi halda, eyni zamanda ticarət və xidmətə verilən kreditlərin məbləği 13,9% azalaraq 1 645,4 mln. manat, nəqliyyat və rabitə sektorlarına verilən kreditlərin məbləği 29% azalaraq 475,6 mln. manat, inşaat və əmlak sektoruna yönələn kreditlərin məbləği isə 4% azalaraq 443,2 mln. manat olub.
Əhalinin kreditləşməsi sahəsində kredit risklərinin yenidən qiymətləndirilməsi, portfelin diversifikasiya meylləri fiziki şəxslərə verilən kreditlərə təsir edir ki, bazarın bu seqmenti bankların sərtləşmiş tələblərinə tam cavab verə biləcək borcalanların məhdudluğu ilə səciyyələnməyə başlayıb. Fiziki şəxslərə banklar tərəfindən verilən kreditlərin məbləği ilin əvvəlinə 1,9% azalaraq 2 300 mln. manat təşkil edib. Cəmi kredit qoyuluşlarında fiziki şəxslərə verilən kreditlərin xüsusi çəkisi son bir ildə 7,4 faiz bəndi, ilin əvvəlindən isə 2,9 faiz bəndi azalaraq 28,1%-ə bərabər olub.
AMB-nin icmalına əsasən, Azərbaycan bank sistemində kredit portfelinin keyfiyyəti məqbul səviyyədədir. Belə ki, qeyri-işlək kreditlərin portfeldə payı cəmi 3,5% təşkil edir. Qeyri-işlək kreditlərin bu səviyyəsi kredit riskinin orta səviyyədən aşağı olmasını əks etdirir. Beynəlxalq təcrübəyə əsasən qeyri-işlək kreditlər portfelin 10%-ni təşkil etdiyi halda, kredit riski ciddi hesab olunur. Kredit portfelinin keyfiyyətinin məqbul səviyyədə qalması daha çox Mərkəzi Bankın nəzarət rejiminin sərtləşməsi, bankların risk-menecment sistemlərinin yeni şəraitə adaptasiyası ilə əlaqədardır. Mərkəzi Bank bank sektorunda təmkinli və sağlam artım siyasətini həyata keçirmiş, bankların ən gərgin vəziyyətlərə hazırlanması üçün zəruri tədbirlər görüb ki, bu şəraitdə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların həcmini artırırlar. Nəticədə oktyabrın 1-nə banklar tərəfindən yaradılmış ehtiyatlar kredit portfelinin 6,8%-ni təşkil edərək, qeyri-işlək kreditləri təxminən 2 dəfə, ümidsiz kreditləri isə 5 dəfə üstələyir.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
İran Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib
Pentaqon: Bu hücumlar İranı danışıqlar masasında güzəştə getməyə məcbur etmək üçündür
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyatlara başladığını elan edib
Heqset İrana güclü zərbələr endiriləcəyini açıqlayıb
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
İranın Minab və Sirik şəhərlərində partlayış səsləri eşidilib
Tehranın qərbində HHM sistemləri işə salınıb
Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb
Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
Zelenski: Ukrayna ordusu PUA-larla bir ildə Rusiyaya 40 milyard dollarlıq zərər vurub
Türkiyənin məşhur Güray Muzeyində Milli Qurtuluş Günü münasibətilə fotosərgi açılıb
Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarət alıb
Azərbaycan və Avstriya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Bakıda obyektdə yanğın söndürülüb, xəsarət alan olmayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
Netanyahu Livan xalqına müraciət edib, “Hizbullah”sız sülh təklif edib
Türkiyə Almaniyanın miqrantları ölkəyə göndərməsi iddialarını təkzib edib
Pezeşkian Trampa cavab verib: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
Makronun zəifləyən nüfuzu fonunda Azərbaycana qarşı kampaniyası - TƏHLİL
Tramp: Pakistan İranla danışıqlarda vasitəçilik etməyə davam edir
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib
Rusiya səfiri Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb
Hacıqabulda açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
CENTCOM İranın dəniz blokadasını pozan neft tankerinə atəş açaraq zərərsizləşdirdiyini bildirir
Tramp: Bu gün yenidən İranı sərt şəkildə vuracağıq
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
BŞİH-in strukturu təkmilləşdirilir, bəzi qurumlar yenidən təşkil olunur - FƏRMAN
Mülki müdafiə qoşunlarında narkomanlığa qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Heqset: Kubanın gələcəyi ilə bağlı nə baş verəcəyi ABŞ Prezidentinin əlindədir, istənilən ssenariyə hazırıq
İyulun 1-dən Bakı–Balakən qatarının hərəkət cədvəli dəyişəcək
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib