Bank Of Baku

AYİB «Bank Respublika»ya 6 mln. dollarlıq növbəti kreditini ayırıb

AYİB «Bank Respublika»ya 6 mln. dollarlıq növbəti kreditini ayırıb
# 09 dekabr 2009 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Londonda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanın «Bank Respublika» bankına 6 mln. ABŞ dolları həcmində kredit xəttinin ayrılmasına dair saziş imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit xətti ölkədə mikro və kiçik sahibkarlığın kreditləşməsi (MSME Lending) proqramı üzrə ayrılıb. Kredit həm qısamüddətli, həm də uzunmüddətli kreditləşmə vasitəsilə investisiya layihələrinin maliyyələşdirilməsinə yönələcək.

Qeyd edək ki, «Bank Respublika» AYİB-lə 2004-cü ildən əməkdaşlıq edir. Əməkdaşlıq dövründə «Bank Respublika»ya AYİB tərəfindən müxtəlif kreditləşmə proqramları üzrə 60 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb.

«Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü “DEG” İnvestisiya Şirkəti və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “Sparkassen International Development Trust” təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR